Modern.az

“Böyüməyən uşaqlar” Almaniyada sərgiləndi

“Böyüməyən uşaqlar” Almaniyada sərgiləndi

Ölkə

30 Oktyabr 2015, 10:29

Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlının Xocalıda hər iki valideynini itirmiş uşaqların ağrı-acılarından bəhs edən “Böyüməyən uşaqlar” kitabı Almaniyada sərgilənib.

Modern.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində çap olunmuş "Böyüməyən uşaqlar" kitabı  alman dilində “Şərqi Almaniya Universitet Nəşriyyatı” və "Sadig Verlag" nəşriyyatları tərəfindən illik kitab sərgisində nümayiş etdirilib.

Sərgi bir neçə gün öncə Almaniyanın Frankfurt şəhərində təşkil olunub. Amerika və Fransadan sərgiyə baxmağa gələn ziyarətçilərə kitab hədiyyə olunub.

Qeyd edək ki, "Böyüməyən uşaqlar" kitabı yaxın vaxtlarda Rusiya, Hindistan və Malayziyada  kitab sərgisində olacaq.



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı