Modern.az

Prezident 4 rektoru vəzifədən azad etdi - YENİLƏNİB

Prezident 4 rektoru vəzifədən azad etdi - YENİLƏNİB

Ölkə

24 Noyabr 2015, 19:03


Prezident İlham Əliyev Ağacan Qulam oğlu Abiyevi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edib.

Modern.az saytı xəbər verir ki, ölkə başçısı noyabrın 24-də bununla bağlı sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilib.

İlham Əliyev həmçinin Aqiyə Həbib qızı Naxçıvanlının da Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi barədə sərəncama imza atıb.

Noyabrın 24-də imzalanan 4-cü sərəncamla Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ağacan Abiyev, Səməd Seyidov, Aqiyə Naxçıvanlı və Əhliman Əmiraslanov  1 noyabr seçkilərinin nəticələrinə əsasən, Milli Məclisə deputat seçiliblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı