Modern.az

Azərbaycan diasporu “erməni soyqırımı”na dair sənədə görə Rusiya Dövlət Dumasına ETİRAZ etdi

Azərbaycan diasporu “erməni soyqırımı”na dair sənədə görə Rusiya Dövlət Dumasına ETİRAZ etdi

Ölkə

5 Dekabr 2015, 12:33

Modern.az saytı xəbər verir ki, Rusiyanın bəzi KİV-lərinin yaydığı xəbərə görə, Rusiya Dövlət Dumasının deputatları Sergey Mironov və Nikolay Leviçev tərəfindən “Rusiya Federasiyası Cinayət Məcəlləsinə və Cinayət Prossesual Məcəllənin 151-ci maddəsinə dəyişkiklərin edilməsi haqqında” 938567-6 saylı qanun layihəsi hazırlanıb. Sənədə hazırda Rusiya Dövlət Dumasında baxıldığı bildirilir.
Həmin qanun layihəsi “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutur.

Məsələ ilə əlaqədar Rusyadakı Azərbaycan diasporu ciddi narahatlıq keçirir. Bu barədə Modern.az saytına Nijni Novqorod şəhərindəki Azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri, Rusiya Xaqlar Assambleyası regional şöbəsinin üzvü, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov məlumat verib. 

V.Abbasov deyib ki, Azərbaycanın müvafiq təşkilatları, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi bu işi ciddiyə almalı, önləyici tədbirlər görülməlidir.

V.Abbasovun sözlərinə görə, onun rəhbərliyilə azərbaycanlıların təmsil olunduğu bəzi diaspor təçkilatları tərəfindən sözügedən qanun layihəsilə əlaqədar Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edilib.

Müraciətdə deyilir:

“Hörmətli, Sergey Yevgeniyeviç!

Güman edirəm ki, sizə 1992-ci ildə erməni hərbi dəstələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı məlumdur. Azərbaycan xalqının bu faciəsi dünyanın bir çox ölkələrinin parlamentləri tərəfindən dinc əhaliyə qarşı genosid kimi tanınıb.      

Təəssüf ki, bu günə qədər Rusiya Dövlət Duması Xocalı qırğınının genosid aktı kimi tanınmasını heç müzakirə də etməyib. Bu isə Rusiyaya dost münasibət bəsləyən Azərbaycanda və Rusiya azərbaycanlılarında təəccüb doğurur.

Sergey Mironovun təşəbbüsü ayrı-ayrı rusiyalı siyasətçilərin məsələyə hələ də birtərəfli baxdıqlarını göstərir və həm də Rusiyanın möhkəmlənməsinə sədaqətlə 200 il xidmət etmiş xalqımıza qarşı xoş olmayan münasibətindən xəbər verir.

Demokratik prinsiplər və qanuni baxımından isə belə bir qanun layihəsi ölkə Konstitusiyasının nəzərdə tutduğu Rusiya vətəndaşının hüquqlarını pozur.

Biz, Rusiya Federasiyasının vətəndaşları kimi “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin tətbiq edilməsinə qarşı bəyan edirik ki, “Rusiya Federasiyası Cinayət Məcəlləsinə və Cinayət Prossesual Məcəllənin 151-ci maddəsinə dəyişikliklərin edilməsi haqqında” qanun layihəsi çoxmillətli Rusiyada millətlərarası münasibətlərdə harmoniyanı pozacaq.

Biz və bizim ölkəboyu bütün həmfikirlərimiz “erməni soyqırımı”nın inkarına görə cinayət nəzərdə tutan qanun layihəsi qəbul olunarsa belə, onu inkar etməkdə davam edəcəyik və qanunu insan hüquqları üzrə ixtisaslaşan bütün məhkəmə instansiyalarına şikayət edəcəyik. 

Vidadi Abbasov,
“AzerRos” Ruisya Azərbaycanllıları Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının üzvü, Nijni Novqorod şəhərindəki Azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri, Rusiya Xaqlar Assambleyası regional şöbəsinin üzvü, Rusiya Jurnalistlər İttifaqının üzvü”.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı