Modern.az

Ordumuzun zabiti şəhid olub

Ordumuzun zabiti şəhid olub

Ölkə

7 Dekabr 2015, 11:22

Modern.az saytı xəbər verir ki, iki gün öncə erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib və səbr diləyib.

Şəhid zabit dünən doğulduğu Qax rayonunda torpağa tapşırılıb.

Allah rəhmət eləsin.

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı