Modern.az

Dördüncü sinif şagirdi ilə müəlliminin dialoqu - I YAZI

Dördüncü sinif şagirdi ilə müəlliminin dialoqu - I YAZI

Ölkə

25 Dekabr 2015, 13:34

Azərbaycan dili dərsi.

Müəllim: - Uşaqlar, Dədə Qorqudu tanıyırsınız?

Şagird: - Müəllim, mən Dədə Qorqudun 12 boyunu oxumuşam.

Müəllim: - Necə, çıx lövhəyə, görüm. Bir boyu danış.

Şagird danışır.

Müəllim: - Bu sənin səviyyən deyil, sənə kim deyib belə şeylər oxuyursan? Bir də belə səhvlər eləmə.

Riyaziyyat dərsi.

Müəllimin yalnız hazırlığa gedən uşaqları danışdırdığını, dərs zamanı yeni bölümlərlə bağlı izah vermədiyini hiss edən şagird müıllimə:
- Müəllim, məni niyə lövhəyə çıxarmırsınız? Dərsi bizə niyə başa salmırsınız? Niyə sərbəst iş yazdırmırsınız?

Müəllim: - Yerindən danışma.

Şagird: - Müəllim, siz deyirsiniz ki, sinif yoldaşlarımın üçü məndən yaxşı oxuyur. Axı onlar imladan “3” alırlar. Riyazıyyatı yaxşı bilmirılər. Heç məntiqi də. Baxın, mən inşadan səhvsiz yazmışam. Onların hərəsinin 4-5 səhvi var. Amma yenə deyirsiniz ki, onlar məndən yaxşı oxuyurlar.  Baxın, o uşaqlar ağlayırlar.

Müəllim: - Kəs səsini və burda olanları evdə demə.

Bu əsərin arxası olacaq... Çox maraqlıdır.


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı