Amerika xüsusi təyinatlıları İraqın Kərkük vilayətində “İslam Dövləti”nə ( İŞİD) qarşı uğurlu əməliyyat keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, gizli əməliyyat zamanı İŞİD-in gürcü lideri Əbu Ömər əş-Şişani və onun 2 tərəfdarı saxlanılıb.
Kərkükün Ər-Riyad rayonunda keçirilən başqa bir əməliyyat zamanı isə 7 İŞİD-çi məhv edilib. Qərb mətbuatının məlumatına görə, əş-Şişani İraq Kürdüstanındakı Süleymaniyə şəhərinə gətirilib.Əbu Ömər əş-Şişani 1986-cı ildə Gürcüstanın Pankisi dərəsində yerləşən Barkiani kəndində gürcü-çeçen ailəsində anadan olub.
O 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində iştirak edib və sonradan Suriyaya gedərək ekstremistlərə qoşulub.