Modern.az

Milli Ordu erməni bayrağını ayaqlar altına belə atmışdı - VİDEO

Milli Ordu erməni bayrağını ayaqlar altına belə atmışdı - VİDEO

Ölkə

5 Yanvar 2016, 09:29

Yanvarın 5-də Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 22 ili tamam olur.
Modern.az-ın məlumatına görə, Azərbaycan Ordusu prezident Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini erməni işğalçılarından azad edib.
Horadiz əməliyyatı həmin vaxt ermənilərin Beyləqan rayonuna planlaşdırdığı  hücumunun da qarşısını alıb. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 1994-cü il 6 yanvar tarixinə kimi davam edib. O zaman Azərbaycan Milli Ordusu Horadizi işğaldan azad edərək, qəsəbədə asılmış erməni bayrağını ayaqlar altına atdı. Təəssüf ki, Milli Ordunun o vaxtki zəfər yürüşü davam etdirilmədi... Necə deyərlər, zəfər yürüşü yarımçıq qaldı...

Modern.az saytı həmin döyüşün sonundan qürurverici görütünü təqdim edir.



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...