Modern.az

Onlar heç nə gözləmirlər, hər gün ölmək istəyirlər!!!

Onlar heç nə gözləmirlər, hər gün ölmək istəyirlər!!!

Ölkə

8 Yanvar 2016, 01:49


Olur ki, həyatlarının firavan günlərinin səsi qulaqlarına, öz təbəssümləri gözlərinin önunə gəlir...
Ağlamaqdan keçib...

Soyuq divarların canına nə qədər hopduğunu sümüklərinin sızıltısı pıçıldayır gecələr, hənir yoldaşına...
Onlar heç nə gözləmirlər, bu ömürdən daha.
Onlar heç kimi gözləmirlər.
Hər gün ölmək istəyirlər.

Nəfəslərini tuturlar, ölmürlər...
Ayaqqabı iplərini yığırlar bəlkə, nə vaxtsa özlərini asmaq ümidiylə...
Ağrı özü yorulur canlarından...
İşgəncələr... bir də səhər yuxu gələr...
Ətrafda hər şey bozdur, bom-boz...
Paltarları, divarları, yaraları...
Səhərin şəfəqləridir gülən bircə...
Bəlkə, evdə yediklərinin tamı gəlir indi ağızlarına
Bəlkə, ana, arvad, uşaqlarının ətri gəlir burunlarına
Bəlkə, evlərinin istisi dəyə canlarına, gözlərini yumub dərindən, çoox dərindən bir nəfəs alıb saxlayırlar...10 saniyə , titrəməməkçün...

Onlar heç nə gözləmirlər, bu ömürdən daha.
Onlar heç kimi gözləmirlər...

Bəs, biz? 
Biz də ? 
Biz də !

Dilqəm və Şahbazın ağrısında bütün əsirlərimiz üçün...

Mən gözləyirəm.... 
Ürəyi olan hər kəs qardaşımdır.

 

 

O.M

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı