
Əmirov Natiq Ərziman oğlu 1967-ci ildə Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib.
1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində müxtəlif vəzifələrdə işləyib.
1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsini tutub.
2000-2001-ci illərdə Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini, 1001-2003-də Vergilər Nazirliyi İri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini postunda çalışıb.
2003-2005-ci illərdə Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi olub.
N.Əmirov Azərbaycan Prezidentinin 16 avqust 2005-ci il tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Ölkə başçısının 4 mart 2009-cu il tarixli sərəncamı ilə vergilər nazirinin I müavini vəzifəsinə təyin ediliv. Bu günə kimi həmin postda çalışıb. Ailəlidir. 3 övladı var.
Qeyd edək ki, indiyə kimi Prezidentin 4 köməkçisi vardı. Onlar aşağıdakılardır:
İqtisadi məsələlər üzrə Prezidentin köməkçisi - Əli Əsədov;
Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi - Vahid Əliyev;
Azərbaycan Respublikası Prezidentinin katibliyi - Katibliyin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə;
İctimai-siyasi məsələlər üzrə Prezidentin köməkçisi Əli Həsənov
Modern.az.