Modern.az

Prezident bu məmurları əhali ilə görüşlərə göndərir - SİYAHI

Prezident bu məmurları əhali ilə görüşlərə göndərir - SİYAHI

Ölkə

27 Yanvar 2016, 11:08


Modern.az saytı xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri ötən aylarda olduğu kimi, 2016-cı ilin fevralında da şəhər və rayonlarda vətəndaşların qəbulunu keçirəcəklər.

Yeri gəlmişkən, əvvəlki aylardan fərqli olaraq bu dəfə təkcə nazir və komitə sədrləri deyil, Prezidentin köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavinləri, baş nazirin müavinləri, Milli Məclis sədrinin müavinləri, Mərkəzi Bankın rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və digər rəsmi şəxslər də əhali ilə görüşlərdə  iştirak edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda məmurlardan xalqa qayğı göstərməyi tələb edərək, deyib:

“Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.
Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var - insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər”.

Modern.az saytı məmurların fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlini təqdim edir:


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı