
Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.
Milli Məclis üzvünün fikrincə, ümumiyyətlə, icra hakimiyyəti başçısının yeni obrazı barədə düşünülməlidir. “Artıq maşın satan, asfalt çəkən, park salan, büdcəni talayan, şadlıq evi emblemi daşıyan icra başçısı obrazından intellektual hazırlıqlı başçı obrazına keçilməlidir.
Diqqət edirsinizsə, rayonlardakı aksiyalarda kütlənin qarşısına çıxan icra başçıları şıkayətçilərə təqribən eyni təklifi verirdilər: “Gələrsən yanıma, danışarıq””,-deyə Fazil Mustafa qeyd edib.
Deputatın sözlərinə görə, əslində bu cəmiyyətə bütöv şəkildə müraciət edə bilməyən rəsmi şəxslərin necə eyniyyət təşkil etdiyinin göstəricisidir.
“Gəlmişəm yanınıza dinləyib, danışam” deyən icra başçısı obrazına ehtiyac günün tələbinə çevrilməkdədir”.
Aqşin Kərimov