Modern.az

Xanımının adı rüşvət qalmaqalında hallanan səfir geri çağırıldı

Xanımının adı rüşvət qalmaqalında hallanan səfir geri çağırıldı

Ölkə

27 Yanvar 2016, 19:04

Prezident İlham Əliyev Elman Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamda bildirilir:   Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraqqərara alıram:  

Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.  

Qeyd edək ki, bir müddət öncə mətbuatda  Elman Zeynalovun xanımı Nəzirə Zeynalovanın sürücülük vəsiqəsi almaq üçün Latviyada məmura 500 avro rüşvət verdiyi, bununla bağlı məmurun müraciəti əsasında cinayət işi açıldığı yazılmışdı.  

Elman Zeynalov isə bildirmişdi  ki, həyat yoldaşı N. Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları və lazım olan mərhələləri əla göstəricilərlə verib.

O, xanımının bütün mərhələləri  keçəndən sonra məmura 500 yox, 50 avro Yeni İl qabağı hədiyyə olaraq pul verdiyini demişdi.

***

Dövlət başçısının digər sərəncamı ilə İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı