Modern.az

Sahibkarlar deputatın dediyini təsdiqlədi: Məhsul gətirməyi məhdudlaşdırmışıq

Sahibkarlar deputatın dediyini təsdiqlədi: Məhsul gətirməyi məhdudlaşdırmışıq

Ölkə

3 Fevral 2016, 13:27

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev fevralın 1-də keçirilən plenar iclasda son zamanlar ölkəyə gətirilən müxtəlif məhsulların ciddi şəkildə azalması barədə məlumat vermişdi. Deputat qeyd etmişdi ki, gömrükdə müəyyən çətinliklər yaranıb və buna görə az qala sahibkarlar əvvəlki monopoliya rejiminin bərpa olunmasını istəyirlər. Məsələ burasındadır ki, Prezident İlham Əliyevin sahibkarların azad fəaliyyətinin təmin edilməsilə bağlı tapşırıq və göstərişlərinə baxmayaraq vəziyyət hələ də düzəlməyib.

"Binə” və “Sədərək” Ticarət Mərkəzləri, iri elektronika mallarının idxalçıları, dərman vasitələrinin ölkəyə gətirilməsində iştirak edən sahibkarlar saytımıza bildiriblər ki, indi tətbiq edilən qayda onlara heç sərf etmir. Ona görə də məcburən mal gətirməməyə qərar veriblər. Onlar kütləvi şəkildə ölkəyə məhsul idxal etməkdən imtina etməyə başlayıb. Bu gedişlə ölkədə müəyyən məhsulların qıtlığının yaranacağı istisna edilmir. Sahibkarların əsas şikayəti gətirilən məhsullara görə 36 faizlik gömrük rüsumunun ödənilməsidir. Onların istəyi məhsulların çeşidinə görə rüsumun dəyişdirilməsidir.

Məsələn, dəftər gətirən də, bahalı şuba gətirən də, banan da gətirən də eyni qaydada rüsum ödəyir. Məsələni Gömrük Komitəsindən təkzib edirlər. Biz 2015-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin eyni ayında konkret olaraq, Çin, Pakistan, Türkiyədən Azərbaycana ixrac olunan məhsulların siyahısını istədik.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov cavabında bildirdi ki, 2016-cı ilin yanvar ayı üçün qeydə alınan statistika fevral ayının ortalarına hazır olacaq. O, qeyd etdi ki, verilən qərarlardan sonra sərhəd-keçid məntəqələrində hər hansı narazılıq qeydə alınmayıb: “Rəsmi olaraq bəyan edirəm ki, terminallarda, postlarda heç bir dərman pereparatı yoxdur, hamısı rəsmiləşdirilib. 36 faiz məsələsinə gəlincə, bu dövlətin qoyduğu rüsumdur. Biz, icraedici orqan olaraq Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 36 faiz dövlət rüsumu alırıq”.

N.Axundov bildirdi ki, son günlərdə sərhəd-keçid məntəqələrində sahibkarlarla gömrük işçiləri arasında hər hansı problem yaşanmayıb. 

Gülşən RAUFQIZI


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı