Modern.az

Ayaz Mütəllibov, xanımı və Osman Mirzəyev – FOTO

Ayaz Mütəllibov, xanımı və Osman Mirzəyev – FOTO

Ölkə

6 Fevral 2016, 14:18

 

Jurnalist Sevinc Osmanqızı atası Osman Mirzəyevin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla  fotosunu paylaşıb.

Modern.az saytı xəbər verir ki, Sevinc Osmanqızı atasının Ayaz Mütəllibov və onun xanımı ilə olan fotosuna belə şərh yazıb:   “Atam Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov və xanımı ilə. Şəkil 1991-ci ilin payızında çəkilib. Azərbaycan hələ bütöv, torpaqları işğal olunmamışdı…”.    

Qeyd edək ki, görkəmli jurnalist, yazıçı və publisist Osman Mirzəyev 1991-ci ilin 20 noyabrında Xocavənd yaxınlığında, bir sıra dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olub.  

Ayaz Mütəllibov hakimiyyətdə olarkən Osman Mirzəyev bir müddət (1990-1991) onun mətbuat katibi işləyib.

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı