
İctimai Televiziyanın bul il yanvarın 23-dən itkin düşən əməkdaşı Rəşad Əliyevin meyitinin fevralın 26-da Xəzər dənizindən tapıldığı barəfə xəbər vermişdik.
Rəşad Əliyevin intihar etdiyi ehtimal olunur və bununla bağlı araşdırma aparılmaqdadır...
1973-cü ildə anadan olmuş Rəşad Əliyev 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Mərhum İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışırdı.
Modern.az saytına məlum olub ki, mərhum Rəşad Əliyevin atası, əməkdar incəsənət xadimi Fikrət Əliyev Azərbaycanın bir sıra məşhur bədii filmlərində müxtəlif rollar oyanıb, bundan başqa, bir sıra ekran əsərlərinin çəkilməsində yaxından iştirak edib.
Belə ki, 1939-cu ildə Bakı şəhərində anadan olmuş Fikrət Əliyev 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada Kino İnstitutunun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib.
1966-cı ildən təqaüdə çıxanadək "Azərbaycanfilm" kinostudiyasında işləyib. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülən Fikrət Əliyev hazırda 77 yaşındadır.
Fikrət Əliyev Azərbaycanın ən məşhur bədii filmləri sırasına daxil olmuş “Dəli Kür”də Cahandar ağanın oğlu Şamxal rolunu oynayıb. Bundan başqa, o, “İşarəni dənizdən gözləyin” filmində matros, “Torpaq. Dəniz. Od. Səma” filmində Murad rolunda çıxış edib.
Fikrət Əliyev daha bir məşhur ekran əsəri - “Yuxu” filminin quruluşçu rejissorudur. O, “Gün keçdi” və “Uaqlığın son gecəsi” kimi məşhur filmlərin rejissoru, “İnsan məskən salır” filminin isə rejissor assisenti olub.
A.Qorxmaz