Modern.az

Amerikadan təhlükəli şokoladlarla bağlı Modern.az-a CAVAB GƏLDİ

Amerikadan təhlükəli şokoladlarla bağlı Modern.az-a CAVAB GƏLDİ

Ölkə

29 Fevral 2016, 10:13


Dünyanın 55 ölkəsində içərəsində qırmızı plastik aşkarlandığı üçün “Snikers”, “Mars”, “Milki way” və “Celebrations” şokolad batonları geri çağırılıb. Bəs “Mars” kompaniyasının istehsalı olan bu məhsullar ölkəmizdə də yığışdırılacaq? Həmin təhlükə bizim ölkəyə gətirilən şokolad batonlarında da var?

Modern.az-ın Amerikada yerləşən “Mars” şirkətinin mərkəzi ofisinə ünavanladığı sorğuya rəsmi cavab verilib.

Açıqlama bildirilib ki, keyfiyyət və ərzaq təhlükəsizliyi “Mars” kompaniyasının əsas prioriteti olduğu üçün içərisində balaca qırmızı plastik aşkarlandığı ehtimal edilən Niderland istehsalı məhsulları geri çağırıblar.

“Geri çağrılma ancaq 5 dekabr 2015-ci il-18 yanvar 2016-cı il tarixləri arasında istehsal edilən Niderland fabrikindən paylanılan şokolad batonlarına aiddir.

Niderland fabrikində istehsal edilən məhsullar Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan dövlətlərinə gətirilmir”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı