Modern.az

İtaliyada azərbaycanlı diplomatlarla bağlı qalmaqal YAŞANDI

İtaliyada azərbaycanlı diplomatlarla bağlı qalmaqal YAŞANDI

Ölkə

2 Mart 2016, 11:00


İtaliyanın paytaxtı Roma şəhərində insan hüquqları ilə bağlı tədbirdə azərbaycanlı diplomatların iştirakı ilə qalmaqal yaşanıb.

Modern.az saytı İtaliya KİV-nə istinadən xəbər verir ki, hadisə Amnesity İnternational təşkilatının İtaliya bölməsinin və İtaliya Milli Mətbuat Federasiyasının (FNSİ) insan hüquqları ilə bağlı birgə təşkil etdiyi tədbirdə baş verib.

Belə ki, azərbaycanlı diplomatlar başda Azərbaycanın İtaliyadakı səfirliyinin 1-ci katibi Erkin Heydərli olmaqla, tədbirə etirazlarını bildiriblər.

Hadisənin şahidi olan jurnalist Simone Dzopellaro italiyalı polislərin tədbirə müdaxilə etdiyini deyib.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı