Modern.az

Şagirdləri istismar edən icra başçısı işdən çıxarıldı - SƏRƏNCAM

Şagirdləri istismar edən icra başçısı işdən çıxarıldı - SƏRƏNCAM

Ölkə

4 Mart 2016, 16:33


Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tutduğu vəzifədən azad olunub.
Modern.az saytı xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə bu vəzifəyə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov gətirilib. .

Qeyd edək ki, Tahir Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 2011-ci ildən işləyirdi. Bir neçə ay öncə sosial şəbəkələrdə Tahir Kərimovun məktəblilərin müşayiətilə görüntülənən fotoşəkli yayılmış və şəkil ciddi səs-küy doğurmuşdu. O zaman ictimaiyyət şagirdləri istismar edən icra başçısının bu hərəkətini pisləmişdi.

Salyanın yeni başçısı Hətəmov Sevindik Hacıağa oğlu 1963-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-mexanik fakultəsini bitirib.

2005-.2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisiin üzvü, sonralar Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçisi işləyib.

Azərbaycan prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı işləyirdi. S.Hətəmov bu gün Yardımlının rəhbərliyindən azad olunaraq, Salyana gətirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı