Modern.az

Azərbaycanın İsraildə səfirliyi nə vaxt açılacaq? - AÇIQLAMA

Azərbaycanın İsraildə səfirliyi nə vaxt açılacaq?  - AÇIQLAMA

Ölkə

17 Mart 2016, 09:52

“Bu gün regionda gedən proseslər və qeyri-subyektiv məsələlər Azərbaycanın İsraildə səfirlik açmaq məsələsini ləngidir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib. O, qeyd edib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması Milli Məclisin səlahiyyətində olan məsələ deyil.

“Bu parlamentə aid olan məsələ deyil ki, burada biz nəsə edək. Bu yaxınlarda parlament nümayəndə heyəti İsraildə olanda bütün yüksək dairələrdə bu məsələni qaldırmışıq. İsrail tərəfi də səfirliyin açılamasına maraqlıdır. Bu gün regionda gedən proseslər və bir sıra qyeri-subyektiv məsələlər var ki, hələlik Azərbaycanın İsraildə səfirliyinin açılmasını bir az gözləməliyik”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı