Hazırda əgər “Qərb sivilizasiyası”, “Qərb mədəniyyəti” yüksək bir sivilizasiyadırsa, yerdə qalanlar (İslam, Yapon, Hind, Pravoslavlıq, Afrika və b.) bütün cəhətlərinə görə ondan geri qalırlarsa burada başa-baş mübarizə necə gedə bilər. Üstəlik, Qərb aydınlarının əksəriyyəti bu mübarizədən Qərb sivilizasiyasının məğlub çıxacağını iddia edirlər. Bu isə əksreaksiya deməkdir. Yəni Qərb ideolqları bir şeyi deyir, ancaq Qərb idarəediciləri tamam başqa cür hərəkət edirlər. Başqa sözlə, Qərb sivilizasiyası bütün sivilizasiyaları “udmaq” üçün bütün vasitələrdən istifadə edir. Bu baxımdan çoxmədəniyyətlilik, qloballaşma, demokratiya, tolerantlıq, maddiçilik Qərbin ən genş yayılmış təbliğat maşınlarıdır. Bu təbliğat maşınları durmadan işləyirlər. Məqsəd Qərbdən kənarda qalmış, üstəlik maddi problemlər içində boğulan cəmiyyətləri özlərinə tabe etdirməkdir.
Burada oyun ikibaşlıdır:
1) Avropa-Qərb rəsmiləri həmin cəmiyyətlərin rəhbərlərinə demokratiya dərsi keçir və dərsini yaxşı öyrənməyənlərə həddə-qorxu gəlirlər;
2) Avropa-Qərb qeyri-rəsmiləri isə hakimiyyətə qarşı olan müxalifət və digər ictimai birliklərə demokratiya dərsi keçir və dərsi nə zaman yaxşı öyrənsələr hakimiyyətə gələ biləcəkləri ümidini verirlər.
Hər iki halda Qərb həmin cəmiyyətlərə, onların hakimiyyətdə və müxalifətdə olan üzvlərinə təsir göstərməyə çalışır. Burada əsas təsir mexanizmi də maddi və mənəvi problemlərdir. Qərblilər əvvəlcə maddi problemlərlə evimizə girirlər, sonra mənəvi dəyişikliklərlə evlərinə qayıdırlar. Məsələn, amerikanlar ingilis dili öyrətmək və bizə imkanlar açmaq adı altında könüllü olaraq bəzi ailələrimizin içinə qədər girməyi bacarmışdır. Indiki gənclərimizin bir qismi də düşünür ki, ingilis dilini bilsə, kompyüter bilgilərinə sahib olsa, onun qarşısında geniş üfüqlər açılacaqdır. Əgər yad olan biri də bu yolda sənə könüllü maddi və dəstək verirsə, deməli bundan üz döndərmək axmaqlıqdır. Bu isə o deməkdir ki, cəmiyyətin və onun üzvlərinin maddi problemləri istər-istəməz onun mənəviyyatına dəyişikliklərlə nəticələnir.
Ona görə də, biz də razılaşırıq ki, hər bir cəmiyyətin tənəzzülündə və inkişafında iki başlıca: maddi və mənəvi amillər mühüm rol oynayır. Bizcə, maddi problemlər cəmiyyətin tənəzzülündə mühüm yerə malik olsa da, ancaq həlledici deyildir. Maddi problemlər cəmiyyəti daha çox fizioloji mənada sınağa çəkir. Zənnimcə, cəmiyyət üzvləri hansı mənada razılaşmasından asılı olmayaraq, maddi problemlərlə aşağı-yuxarı baş edə bilirlər. Hətta, cəmiyyətin əksəriyyəti maddi durumdan dolayı inqilabi dəyişikliklər, sıçrayışlar etmək istəyirsə, istənlən halda nəticə müsbət olmayacaqdır. Buna bariz örnək kimi çar Rusiyasının yerində yaranan sovet Rusiyasını göstərə bilərik.
Rus-bolşevik inqilabında əsas yeri maddi nemətlərin bölüşdürülməsi, ictimai mülkiyyət tuturdu ki, son nəticədə bunun gerçəkləşməsi mexanizmi havadan asılı vəziyyətdə qaldı. Fikrimizcə, bunun əsas səbəbi nə maddi sərvətlərin hansı formada insanlar arasında bərabər bölüşdürülməsi, yaxud da onların hansı formada ictimai mülkiyyət hesab olunması, nə də ictimai mülkiyyətlə xüsusi mülkiyyət arasında seçim etməklə bağlı olmamışdır. Burada əsas problem cəmiyyətin tənəzüllünün maddi köklərini düzgün göstərilməməsi və nicat yolunun da yalnız maddi problemlərin həllində axtarılması ilə bağlı idi.

Bu mənada rus-bolşevik inqilabında rupor rolunu oynayan marksizm ideolojisi özünü doğrultmadı. Onsuz da marksizm Qərb sivilizasiyasını möhkəmləndirmək üçün bir sınaq təcrübəsi idi. Bu oyun isə böyük bur ərazidə oynanılmalı idi. Başqa sözlə, başda yəhudilər olmaqla Avropa ideoloqları cəmiyyətin tənəzzülü və yenidən dirçəlişi məsələsində mənəvi məsələləri ikinci yerə keçirməklə maddiyyat üzərində qurulmuş bir ideolojinin gerçək həyatda nə ilə nəticələnəcəyini maraq edirdilər. Bunun üçün ən yaxşı variant Rusiya idi. Birincisi, Rusiya Avropadan kənarda idi, hardasa Avropa sayılmırdı da. İkincisi, Rusiya çoxmillətli idi, bu mənada da çoxmədəniyyətli və çoxdinli idi. Üçüncüsü, Rusiya feodalizmdən kapitalizmə keçməmişdir, ya da yarımçıq vəziyyətdə idi. Yəni cəmiyyət üçün önəmli olan maddi problemin xüsusi, yoxsa ictimai xarakterli olması məsələsində Rusiya iki yol ayrıcında idi. Avropa özü xüsusi mülkiyəti seçdiyi üçün, Rusiyanı da ikinciyə sövq etdi. Başqa sözlə, Avropanın böyük bir hissəsi liberal-demokratizm əsaslı xüsusi mülkiyyətə (kapitalizmə), Rusiya başda olmaqla Avropanın az bir hissəsi isə marksizm əsaslı ictimai mükiyyətə (kommunizmə) cəlb olundu.
Beləliklə, Avropa ideoloqları cəmiyyətin problemlərinin həllində maddiçilik dayanan iki ideolgiyadan maksimum istifadə etməyə çalışdılar. Sadəcə birində, liberal-demokratizmdə dini və milli məsələlər daha çox önə çəkildiyi halda, marksizmdə isə tam əksinə oldu. Marksizmdə din və millət məsələsi ikinci və ondan da aşağı dərəcəli olmaqla yanaşı, maddi problemələrin yedəyi halına gətirilmişdi. Hər halda marksizm ictimai mülkiyyəti çox önə çəkməklə millət, özəlliklə din məsələsini bir kənara qoydu.
Zənnimizcə, Avropa ideolqlarının cəmiyyətin tənzəzülü və tərəqqi məsələsində marksizm ideyası özünü qismən doğrultdu. Belə ki, “kommunizm cəmiyyətində” ağa-qul məsələsi sözdə də olsa, aradan qaldırıldığı, istimai mülkiyyət bərqərar olduğu halda, milli və dini dəyərlərin həddən artıq aşağılanması, az qala bütün keçmişin inkarıə “kommunizm” dövründə baş verən müsbət dəyişiklikləri də kölgədə qoydu.
Bizcə, marksizm və onunla bağlı bütün cərəyanların uğursuzluğunun əsasında milli-mənəvi məsələlərin düzgün müəyyənləşdirilməməsi dayanmışdır. Bəlkə, marksizm millət və din məsələsində müəyyən qədər fərqli yol tutub, onlara loyal münasibət bəsləsəydi, sosial-demokratizmin “uğuru” daha uzun ömürlü ola bilərdi. Məsələn, Sovet Rusiyası yalnız süqutunuin son dövrləırinə yaxın milli-dini sahələrdə dönüş etməyə başladı ki, bu zaman artıq çox gec idi.
Avropa ideoloqları marksizmin “rus kommunizm”indən bir çox məsələlərdə nəticə çıxartdılar. Özəlliklə, marksizmin ən zəif cəhəti olan millət və din məsələsinə daha ehtiyatlı yanaşdılar. Fərdi azadlığı sonsuz etməklə yanaşı, xristianlığı inkişaf etdirərək dünyada bir Avropa, Qərb xristianlığı yaratdılar. Ancaq onu bir xristianlıqdan çox dünya dini halına gətirməyə çalışdılar. Bir növ xristianlığı Qərblə eyniləşdirdilər. Qərb dedikdə, xristianılğı və millətçiliyi nəzərdə tutdular, amma daha çox maddiçiliyi və azadlığı önə çəkdilər. Görünür, Hantinqton bu mənada iddia edir ki, Qərb sivilizasiyası dini sivilizasiya deyil. Amma o, özü də yaxşı anlayır ki, elə dünyadakı ən böyük dini və milli sivilizasya Qərb sivilizasiyasıdır. Sadəcə, dünənə qədər Qərb maddiçilik və demokratiya ideoljiləri ilə bunu çox gözəl ört-basdır edə bilmişdir. Ancaq onların başqasına quyu qazmaları, özlərinə daha çox zərər vermişdir. Artıq qeyri-qərblilərin əksəriyyəti Qərb sivilizasiyasının hansı anlamda bəşəri, hansı anlamda isə dini olduğunu dərk etməyə başlayıblar. Özəlliklə, Qərb sivilizasiyasının maddiçilik məzmunu liberal-demokratizmi cəlbedici etsə də, ancaq zaman-zaman ortaya çıxan dini və milli irqçilik hər şeyi ortaya qoyur.
Bütün hallarda Qərb sivilizasiyasının təməli olan maddiçilik özünü marksizmdən çox liberal-demokratizmdə doğrultdu. Çünki marksizm yalnız dini və milli məsələlərdə səhv yol tutmaqla deyil, həm də zorakı bərabərlik və azadlıq prinsipləri ilə yanlışlıqlar etdi. Halbuki liberal-demokratizm cəmiyyət üzvlərini tamamilə azad buraxır. Burada hər bir kəs hansı yolla olursa-olsun, maddi rifahını və təbii instinktlərini ödəməkdə azaddır. Bu səbəbdəndir ki, Qərb marksizmdən tamamilə üz döndərərək yalnız liberal-demokratizm üzərində dayanmışdır. Çünki liberal-demokratizmdə maddiçiliyin üstünlüyü fonunda bütün Qərb ideyalarına yer var. Nədən yalnız “Qərb ideyalarına yer var”?
Hər halda avropalılar yalnız “Qərb ideyaları”nı bəşəri hesab edirlər. Qərbli ideolqların əksəriyyəti İslam dininin dəyərlərini, özəlliklə son əsrlərdə İslam sivilizasiyasının öndərliyini etmiş Türk millətinin ideyalarını qəbul etmək istəmirlər. Qərblilər bir zamanlar İslam dininin əsas ruporları olan üç millətdən ikisini ərəbləri və farsları necə ələ almışdırlarsa, bunu türklər üzərində də dəfələrlə sınaqdan keçirmişlər. Hətta, onlar türklərin qərbləşməsi prosesində müəyyən uğurlar da əldə etmişlər. Ancaq ərəblər və farslar da olduğu kimi son nöqtəni qoya bilməmişlər. Əslində əvvəllər avropalılara boyum əymiş farsların sonralar onlarla münasibətlərinin pozulması da tasadüfi olmamışdır. Hər halda indiki İran İslam Respublikası adlanan dövlətin vətəndaşlarının önəmli hissəsi türklərdən ibarətdir. O başqa məsələdir ki, türklər İranda bir çox təbii hüquq və azadlıqlardan məhrumdur. Məncə, bütün bunlara baxmayaraq İranın Qərbdən üz döndərməsində türklərin də mühüm rolu oldu. Amma 1979-cu il inqilabı gerçəkləşdikdən sonra farslar bu dəyişikliyin əsas qüvvəsi olan müsəlman qardaşlarına xəyanət etdilər. Ancaq bu xəyanət də gec-tez cavabsız qalmayacaqdır. Vaxtilə Osmanlıdan üz çevirərək Avropaya üz tutmuş bir çox Ərəb ölkələri zaman-zaman peşmançılıq hissi keçirdikləri kimi, farslar da bunu yaşayacaqlar....