Modern.az

Teleaparıcıya yeni vəzifə verilib

Teleaparıcıya yeni vəzifə verilib

Media

1 Sentyabr 2026, 17:10

Aparıcı Lamiyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb.

Modern.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, L.Ələkbərova TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb.

Lamiyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor və aparıcı, 2006-2017-ci illərdə "Lider" televiziyasında baş rejissor və kanalın direktor müavini, 2017-2018-ci illərdə İctimai Televiziyada Musiqi və xüsusi layihələr departamentinin direktoru, 2018-2023-cu illərdə Mədəniyyət kanalının direktor müavini, 2023-2026-ci illərdə MTV Azərbaycan kanalında musiqi departamentinin direktoru vəzifələrində çalışıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada