Modern.az

Putin Pezeşkiana: “Salamımı Ali Rəhbərə çatdırın”

Putin Pezeşkiana: “Salamımı Ali Rəhbərə çatdırın”

Dünya

Bu gün, 17:02

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində iranlı həmkarı Məsud Pezeşkianla görüşüb.

Modern.az xəbər verir ki, Putin Pezeşkiandan onun salamlarını İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneiyə çatdırmağı xahiş edib.

Putin bildirib ki, Rusiya xalqı öz maraqlarını müdafiə edən İran xalqı ilə həmrəyliyini ifadə edir.

Rusiya Prezidenti qeyd edib ki, hərbi-siyasi vəziyyətə baxmayaraq, Rusiya və İran ötən il ticarət və iqtisadi əlaqələrdə müşahidə olunan artım dinamikasını qoruyub saxlayıblar.

“Rusiya ilə İran arasında münasibətlər bütün istiqamətlərdə ardıcıl şəkildə inkişaf edir”, – deyə Putin vurğulayıb.

O, Moskvanın Rusiya ilə İran arasında humanitar sahədə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib.

Putinin sözlərinə görə, Moskva hazırkı şəraitdə İranın ehtiyac duyduğu malları təmin etməklə Tehrana dəstək göstərməyə çalışır.

Regiondakı son proseslərə toxunan Rusiya Prezidenti İran və ABŞ arasında anlaşma memorandumunun imzalanmasını alqışladıqlarını, lakin təəssüf ki, əldə olunan atəşkəsin kövrək olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...