Gələn ilin dövlət büdcəsindən xaricdə fəaliyyət göstərən diaspor nümayəndələrinin maliyyələşdirilməsinə ayrılan vəsait müəyyənləşib.
Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitəsinin birgə iclasında bildirib.
Maliyyə naziri deyib ki, dövlət büdcəsindən diaspor sahəsi üzrə ümumilikdə 13 milyon manat ayrılacaq. Bunun 10 milyon manatı xaricdə Azərbaycan həqiqətlərinin təbliği üçün nəzərdə tutulub.