Gürcüstan sosial yardım üçün müraciət prosesini sadələşdirəcək.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, 1 iyuldan etibarən aztəminatlı ailələr elektron sistem vasitəsilə sosial cəhətdən həssas vətəndaşların vahid məlumat bazasında qeydiyyat üçün onlayn müraciət edə biləcəklər.
Platforma həmçinin erməni və Azərbaycan dillərində də mövcud olacaq. Ərizəyə baxılma müddəti və yardımla bağlı qərar qəbul etmə müddəti 60 günə endiriləcək.
Dəyişikliklər Dünya Bankının dəstəyi ilə İnsan Kapitalı proqramı çərçivəsində həyata keçirilir. 2024-cü il üçün rəsmi məlumatlara görə, Gürcüstan əhalisinin 18%-dən çoxu sosial cəhətdən həssasdır.