Modern.az

Baş redaktor müavini özünü öldürdü

Baş redaktor müavini özünü öldürdü

Dünya

28 İyun 2016, 15:08

Çin Kommunist Partiyasının əsas nəzəri “Tsyuşi” jurnalının baş redaktor müavini ölkənin ideoloji siyasəti ilə razılaşmadığına görə özünü öldürüb. Modern.az xarici mediaya istinadən bildirir ki, jurnalistin dostunun sözlərinə görə, 56 yaşlı Çju Teçji Çin Kommunist Partiyasının (ÇKP) islahatçılar qanadı ilə və daha fəal mühafizəkarlar arasındakı fikir ayrılığının güclənməsi səbəbindən depressiyaya düşüb.

Məlumatda qeyd edilir ki, ÇKP-nin indiki sədri Si Tsinpin ölkədə azad sözə nəzarəti gücləndirib, Çju Teçji isə tədqiqatçı kimi obyektiv olmağın zəruriliyinə inanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək