Türkiyənin Baş naziri Binəli Yıldırım Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçu təşkilatlara qarşı ikili standartlar qlobal sülhə ən böyük xəyanətdir.
Baş nazir vurğulayıb ki, Türkiyənin müttəfiqi və tərəfdaşı olan Avropa terrorçulara fərqli yanaşır: “İş PKK-ya gələndə Avropa göz yumur, söhbət İŞİD-dən gedəndə isə tamamilə əks mövqe tutur. Avropanın təhlükəsizliyi Türkiyədən başlayır. Əgər Türkiyənin təhlükəsizliyi təmin olunsa, Avropa üçün də təhlükə qalmaz".
Modern.az