Modern.az

Tramp Rusiya ilə İranı düşmən edəcək

Tramp Rusiya ilə İranı düşmən edəcək

Dünya

6 Fevral 2017, 10:23

ABŞ Rusiya ilə İran arasında mübahisə yaratmaq istəyir. Modern.az WSJ jurnalına istinadən xəbər verir ki, bu barədə Tramp administrasiyasındakı mənbə məlumat verib.

 

Mənbənin məlumatına görə, Tramp Moskva və Tehran arasında siyasi və hərbi əməkdaşlığı pozmaqla Suriya münaqişəsini yekunlaşdırmağa yönəlib.

 

“Rusiya və İran arasında narazılıq var. Putinin iki ölkə arasında əməkdaşlığın zəiflədilməsi qarşılığında nə tələb edəcəyi də məlum deyil”.

 

Rusiyalı ekspertlər isə İrana silah satşının dayandırılması qarşılığında Kremlin Qərbdən sanksiyaların ləğvini tələb edəcəyini ehtimal edir.

 

 

Vüqar  İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok