Modern.az

Üçüncü dəfə Londonun meri SEÇİLDİ

Üçüncü dəfə Londonun meri SEÇİLDİ

Dünya

4 May 2024, 19:52

Böyük Britaniyada müxalif Leyboristlər Partiyasının nümayəndəsi Sadiq Xan yenidən Londonun meri seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Guardian" nəşri yazıb.

 

O, üçüncü dəfə bu vəzifəni tutacaq. Qeyd edək ki, yerli seçkilər mayın 2-də keçirilib.

 

Səsvermənin nəticələrinə görə, Sadiq Xan 43,7 faiz səs toplayıb. 53 yaşlı siyasətçini 1 milyon 88 min 225 seçici dəstəkləyib.

 

Xanın mühafizəkar rəqibi, 69 yaşlı Syuzan Hollu seçicilərin 32,6%-i və ya 811 518 nəfər dəstəkləyib. Ümumilikdə seçicilərin 40,5%-i səsvermədə iştirak edib.

 

London meri üçün seçkilər 2000-ci illərin əvvəllərindən bəri hər dörd ildən bir keçirilir. Sadiq Xan bu vəzifəni üç dəfə tutan ilk şəxs olub. Ondan əvvəl Britaniya paytaxtına 2000-2008-ci illərdə ardıcıl iki müddət Ken Livinqston və 2008-2016-cı illərdə Boris Conson rəhbərlik edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi