Londonda 4 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən terror aktını Əbu İzəddin adlı şəxs törədib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Əbu İzəddin buna qədər terror fəaliyyətindən dolayı həbsxana həyatı da yaşayıb.
O, polislərə atışma zamanı məhv edilib.
***
Modern.az xarici KİV-ə istinadən bildirir ki, Böyük Britaniyanın parlament binası yaxınlığında baş verən terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.
Vüqar İSMAYILOV