Modern.az

Yəməndə 4 min 773 mülki şəxs həyatını itirib

Yəməndə 4 min 773 mülki şəxs həyatını itirib

24 Mart 2017, 23:18

Yəmənin cənubunda gedən döyüşlər zamanı hökumət qüvvələri azı 7 hərbi qulluqçusunu itirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, üsyançılar isə 20 nəfər itki verib.

Bu arada Birləşmiş Millətlər Təşkilatının növbəti hesabatında Yəməndəki itkilərlə bağlı məlumat verilib. Məlumata görə, Yəməndə iki ildir davam edən vətəndaş müharibəsində 4 min 773 mülki şəxs ölüb, 8 min 272-i yaralanıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir