Modern.az

Bolqarıstanda parlament seçkiləri keçirilir

Bolqarıstanda parlament seçkiləri keçirilir

26 Mart 2017, 09:31

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 7.00 (Bakı vaxtı ilə 9.00) açılıb, axşam saat 20.00 (Bakı vaxtı ilə 22.00) bağlanacaq.

 

Bolqarıstan parlamentinin 240 deputatı 4 illik müddətə seçilir. Partiyaların parlamentdə təmsil olunması üçün 4 faizlik baryeri aşması lazımdır.  Seçkilərdə 13 partiya, 9 koalisiya, 21 təşəbbüs qrupu, ümumilikdə, 4732 namizəd iştirak edir. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır