Modern.az

Barselonadakı terrorun əsas təşkilatçısı saxlanılıb

Barselonadakı terrorun əsas təşkilatçısı saxlanılıb

Dünya

21 Avqust 2017, 20:02

İspaniyanın Barselona şəhərində terror aktı törədilməsində şübhəli bilinən şəxs saxlanılıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 22 yaşlı mərakeşli Yunus Əbuyaqub Barselona əyalətinin San-Sadurni-d Anoyya şəhərində saxlanılıb.

Katalonya polisi hesab edir ki, həmin gün avtomobilin sükanı arxasında Yunus Əbuyaqub olub. O, hadisəni törətdikdən sonra piyada ərazini tərk edibvə gizlənib.

Qeyd edək ki, avqustun 17-də avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok