İOS yükləmələri üçün cavabdeh olan “iBoot”un mənbə kodları “Github”da yerləşdirilib. Mənbə kodunun kim tərəfindən sızdırıldığı bilinmir. Modern.az “Report”a xəbər verir ki, Github”a sızdırılan kodun İOS 9-a aid olduğu məlum olub.
Məlumata görə, “iBoot”un mənbə kodları gizli məlumatlardır, “Apple” bu faylları yayımlamır.
"Apple Mac OSX" və İOS əməliyyat sistemləri haqqında kitab müəllifi Conatan Levin bu hadisəni şirkət tarixində ən böyük sızıntı adlandırıb.
“Apple” bu sızıntı ilə bağlı hələlik açıqlama verməyib.