Modern.az

Paşinyan Sarkisyanın keçmiş müttəfiqi ilə danışıqlar apardı

Paşinyan Sarkisyanın keçmiş müttəfiqi ilə danışıqlar apardı

Dünya

26 Aprel 2018, 11:22

Etirazçıların lideri Nikol Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Paşinyan öz “Feysbuk” səhifəsində yazıb.

 

“Bir az əvvəl Qaqik Tsarukyanla görüşdüm. Biz ölkədəki siyasi vəziyyəti və çıxış yollarını müzakirə etdik. Müzakirələr davam edəcək”  - Paşinyan bildirib.

 

Qeyd etmək lazımdır ki, görüşdə jurnalistlər iştirak etməyib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok