Modern.az

İranla Böyük Britaniya yaxınlaşır

İranla Böyük Britaniya yaxınlaşır

26 Sentyabr 2018, 14:11

İran nüvə razılaşmasının saxlanılması üçün Böyük Britaniya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani BMT-nin Baş Assambleyasının 73-cü Qurultayı çərçivəsində baş nazir Tereza Meylə görüşü zamanı bəyan edib.

 

“Biz əsasən də iqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirməli və nüvə razılaşmasının saxlanıması üçün müzakirələr aparmalıyıq” – İran prezidentinin rəsmi saytında yazılıb.

 

Ruhani həmçinin iki ölkə arasında terrorizm sahəsində də əməkdaşlığı artırmaqda maraqlıdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar