ABŞ aviasiyası Suriyanın Deyr-əz-Zor vilayətində İŞİD mövqelərinə zərbə endirən zaman səhvən dinc sakinləri bombaladı.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, naviqasiya səhvi nəticəsində 2 kəndə zərbələr endirilib.
Hava hücumu 62 dinc sakinin ölümünə, 100-dən artıq şəxsin isə yaralanmasına səbəb olub. Pentaqon artıq faktla bağlı daxili araşdırmaya başladıqlarını elan edib.