Modern.az

Hindistanda faciə: 11 ölü, 4 yaralı

Hindistanda faciə: 11 ölü, 4 yaralı

Dünya

9 Dekabr 2018, 12:37

Hindistanın qərbində ağır yol qəzası baş verib.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çandrapur şəhərində (Maxaraşta ştatı) yük maşının furqon tipli avtomobillə toqquşması nəticəsində 11 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

 

Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

 

 

Bildirilir ki, yük maşının sürücüsü hadisə yerindən qaçıb.

 

Yol qəzasının digər təfərrüatları araşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək