Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiya ilə birləşməsi haqda gəzən fikirləri axmaq adlandırıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə deyib. Lukaşenko Putinlə görüşdə heç zaman belə bir ehtimalı müzakirə etmədiklərini də açıqlayıb.
“Sakitləşmək lazımdır və kimsə kimisə əyib, özünə tabe edir tipli sözlərə son qoymalıdır. Heç kim digərini əymir”.