Ukrayna prezidentliyinə namizəd Pyotr Poroşenko seçkiqabağı təbliğat kampaniyasını davam etdirir.
Modern.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Ukrayna lideri seçicilərini ələ almaq istədiyini etiraf edib.
“Mən etiraf etmək istəyirəm ki, ukraynalıları yaxın 5 il ərzində ələ almağı davam etdirmək istəyirəm”.
O, vətəndaşlara maaş və pensiyaların artırılmasını təklif edəcəyini vurğulayıb.