Gürcüstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirməyə hazırdır. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında azərbaycanlı deputat Qənirə Paşayevanın sualına cavab verərkən deyib.
O bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır:
“Birlikdə biz tarixi layihələr reallaşdırırıq. OnlardaN bəzilərini xatırladım: Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, “Cənub Qaz Dəhlizi”. Biz hesab edirik ki, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verə bilərik. Avropalı həmkarlarımızla bu sahədə dialoqlar aparırıq. Məsələn, Bakı-Tbilisi-Ceyhan kəmərinin gücü var və əlbəttə ki, biz Azərbaycanla birgə bu dəhlizlə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirə bilərik”.