Modern.az

Ermənistan Konstitusiyasını dəyişir – Referendumun tarixi AÇIQLANDI

Ermənistan Konstitusiyasını dəyişir – Referendumun tarixi AÇIQLANDI

7 Fevral 2020, 09:52

Ermənistan parlamenti növbədənkənar iclasında ölkənin əsas qanununun – Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsi barədə qərar verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, referendum layihəsinin lehinə 88, əlehinə 15 deputat səs verib.

“Çiçəklənən Ermənistan” fraksiyası isə səsvermədə iştirak etməyib. “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts referendumun mart-aprel aylarında baş tutacağını əlavə edib.

 

Referendumda “hə” qərarı verilsə, Konstitusiya Məhkəməsinin 9 hakimindən 7-si vəzifəsini itirəcək.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir