Ötən gecə Türkiyənin Konya vilayətində zəlzələ baş verib. Türkiyə mətbuatının məlumatına görə, sentyabrın 10-da yerli vaxtla saat 21.29-da Konya vilayətinin Səlcuqlu rayonunda 4.5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Bu gün səhərə yaxın saat 04.58-də isə həmin rayonda təkrar olaraq 4.7 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə. xəstəxanaya 100 nəfər müraciət edib. Onlardan 30 müxtəlif bədən xəsarəti alanlardır.