“İrana zərbə həm İsrail, həm də digər bütün qonşu dövlətlər üçün həddən artıq mənfi nəticələrə gətirib çıxaracaq”. Modern.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.
“İrana zərbə vurulması ilə bağlı danışanda baxmaq lazımdır ki, bunun nəticələri necə olacaq. Nəticəsi isə həm İsrail üçün, həm də qonşu ölkələr üçün çox acınacaqlı olacaq”-deyə o qeyd edib. Patruşevin fikrincə, beynəlxalq ictimaiyyətin İranla dialoqu davam etdirməlidir. “Danışıqlar potensialının tükənməsi barədə danışmaq olmaz. Danışıqlar davam etdirilməli və nəticələrin əldə edilməsinə ümid kəsilməməlidir”-deyə TŞ katibi vurğulayıb.