Modern.az

Gürcüstanda 250  sakin fəlakət zonasından təxliyə olundu

Gürcüstanda 250  sakin fəlakət zonasından təxliyə olundu

2 Avqust 2020, 15:44

Gürcüstanda təbii fəlakət bölgəsindən əhalinin təxliyəsi başa çatıb, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, artıq 250 nəfərdən çox yerli sakin və turist helikopterlərin köməyi ilə Raça bölgəsindəki təbii fəlakət zonasından təhlükəsiz ərazilərə çatdırılıb.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə Olunması Mərkəzinin yaydığı məlumatda deyilir ki, ətraf mühitlə əlaqəsi tam kəsilmiş 12 kənddən 7-si ilə əlaqə qismən təmin olunub. Beş kənd ilə hələ də helikopterlərlə əlaqə saxlanılır.

 

Qeyd edək ki, iyulun 29-da yağan güclü leysan yağışları nəticəsində Raça bölgəsindəki Rioni çayı məcrasından çıxıb. Nəticədə Oni bələdiyyəsindəki daxili yollar, beynəlxalq əhəmiyyətli magistral yollar və 10 körpü dağılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir