Rusiyanın vaksin hazırladığını elan etməsi və onu qeydiyyata alması ABŞ-ın narazılığına səbəb olub. Modern.az CNN-ə istinadən xəbər verir ki, amerikalılar rusların bu məsələ ilə bağlı tələsdiyini və vaksinin tam hazır olmadığı qənaətindədirlər.
Ağ Evdəki adı çaıqlanmayan mənbə vaksinin çox az sayda insan üzərində test olunduğunu və buna görə nə ABŞ, nə ÜST tərəfindən ciddi görülmədiyi fikrindədir. O, bu səbəbdən ABŞ-ın vaksin hazırlanmasında Rusiuya ilə əməkdaşlıq etməyəcəyini əlavə edib.