Modern.az

Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

Dünya

4 May 2024, 16:52

Ermənistanın “Vətən naminə Tavuş” hərəkatı sərhədyanı Kirants (Xeyrimli) kəndindən Azərbaycanla delimitasiya əleyhinə İrəvana yürüşə başlayıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

 

Keşiş bildirib ki, Ermənistanın digər rayonlarının, qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar.

 

Tavuş yeparxiyasının primatı qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi