BMT-nin Baş katibi Antonio Quterreşlə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə BMT-dən məlumat yayılıb.
Məlumata əsasən, görüş avqustun 20-si baş katibin şəxsi iqamətgahında baş tutacaq. Tərəflər arasında İrana sanksiyaların uzadılması məsələsinin müzakirə ediləcəyi gözlənilir.