Modern.az

Yaponiya parlamenti 17 sentyabrda yeni baş naziri təsdiq edəcək

Yaponiya parlamenti 17 sentyabrda yeni baş naziri təsdiq edəcək

30 Avqust 2020, 17:00

Yaponiyada 17 sentyabrda yeni Baş Nazirin təsdiqi ilə bağlı parlamentin növbədənkənar iclası olacaq.

 

Modern.az bildirir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

 

Liberal Demokrat Partiyası artıq səs vermə ilə bağlı hazırlıqlara başlayıb.

 

Qeyd edək ki, Yaponiyanın Baş Naziri Sindzo Abe avqustun 28-də səhhəti ilə əlaqədar istefa verib. Onun yerinə əsas namizəd kimi ölkənin xarici işlər naziri Fumio Kisidunun, hökumətin baş katibi Ysixide Suqunun və bir zamanlar müdafiə və kənd təsərrüfatı naziri olan Siqeru İsibunun adı çəkilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək