Modern.az

Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ

Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ

Dünya

3 Dekabr 2020, 14:53

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası həyata keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Milli gündəlik” partiyasının təşkil etdiyi aksiya zamanı partiya səsdri Ara Akopyan Paşinyana qarşı cinayət işinin açılmalı olduğunu bildirib.

 

“Nə üçün Paşinyan səfərbərliyi tam həyata keçirmədi? Nə üçün döyüş generalları hərbi əməliyyatlara cəlb olunmadı? Paşinyan barəsində cinayət işi açılmalıdır”- deyə o deyib.

Etirazçılar parlamentdə Paşinyana qarşı impiçment elan olunmasını tələb edirlər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok