Ermənistanda əhaliyə verilən təbii qaz və elektrik enerjisi bahalaşacaq.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistan Elektrik Şəbəkəsi və Qazprom-Ermənistan QSC-ləri bununla bağlı İctimai Xidmlətlərin Tənzimlənməsi Komissiyasına müraciət edəcəklər.
Onlar qiymətlərin qaldırılmasını təklif edəcəklər. Qurumlar erməni dramının son 1 ayda 10% devalvasiyaya uğramasını kommunal xərclərin artırılması üçün səbəb göstəriblər.